Almaniyanın XİN rәhbәri: ‘‘Türkiyә әvәzolunmaz tәrәfdaşdır’’

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Türkiyənin əvəzolunmaz tərəfdaş olduğunu bildirib.
Almaniyanın XİN rәhbәri: ‘‘Türkiyә әvәzolunmaz tәrәfdaşdır’’

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Türkiyənin əvəzolunmaz tərəfdaş olduğunu bəyan edib. Annalena Baerbok bu gün Yunanıstana, sabah isə Türkiyəyə edәcәyi sәfәrdәn əvvəl yazılı açıqlama verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

NATO müttəfiqləri ilə avropalı tərəfdaşlar arasında birliyin hər zamankindən daha vacib olduğunu bildirən Baerbok bu sәbәbdәn Yunanıstan və Türkiyəyə indi sәfәr edәcәyini söylәyib.

Baerbock Türkiyədә keçirәcәyi görüşlәrdә Aralıq dənizinin təhlükəsizliyi mәsәlәsinin gündәmә gәlәcәk mәsәlәlәrdәn biri olacağını qeyd edib.

Annalena Baerbok deyib:"Türkiyə bizim üçün əvəzolunmaz tərəfdaşdır və bizimlə digər ölkələrdən daha çox bağlı olan bir ölkədir. Milyonlarla insanın ürəyi ölkələrimiz üçün döyünür".

Almaniyalı nazir 8-10 iyun tarixlərində Yunanıstan və Türkiyəyə səfər etməyi planlaşdırmışdı, lakin daha əvvəl getdiyi Pakistanda yeni növ koronavirus (Covid-19) testinin müsbət çıxması sәbәbindәn səfərləri təxirə salmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə