“The Washington Post”: “Ukrayna müharibənin gedişatını yenidən dəyişə bilər”
Rusun gücü tükənir..?

Qərb silahları Ukrayna qüvvələrinə Rusiya qüvvələrinin irəliləyişini ləngitməyə kömək edib və bu, indi demək olar ki, dayanıb.

SİA-nın rusdilli saytlarından əldə etdiyi məlumata görə,

“The Washington Post” yazır ki, Ukraynanın müharibənin gedişatını yenidən öz xeyrinə çevirmək şansı var və bəlkə də böyükdür.

Qeyd edək ki, jurnalistlər hərbçilərin məlumatlarına istinad edərək bildirirlər ki, Rusiya Fedetasiyasının Silahlı Qüvvələri Lisiçanskın tutulmasından sonra elə də əhəmiyyətli ərazi uğurları əldə etməyib.

Tədqiqatlar İnstitutunun analitiki Corc Barros Lisiçanskın işğalından sonra Rusiya Müdafiə Nazirliyinin elan etdiyi qondarma “əməliyyat pauzası”nın rəsmi başa çatması Rusiya hücumlarının intensivliyinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmadığını deyir.

Maraqlıdır ki, bu gün təkcə Barros deyil, həm də Qərb rəsmiləri ilə yanaşı bir çox analitikləri də rusların artıq tükəndiklərini etiraf etməyə başlayıblar.

Çünki onların tükənmiş ordusu yeni əldə edilmiş imkanlarla Ukrayna qüvvələri ilə qarşılaşır. Çünki onların tükənmiş ordusu yeni əldə edilmiş imkanlarla Ukrayna qüvvələri ilə qarşılaşır.

Ekspertlər onu da bildirirlər ki, Rusiya tezliklə bütün Donbası ələ keçirə bilməyəcəyini etiraf etməli olacaq.

Barrosun fikrincə, Rusiya Silahlı Qüvvələri daha çox Seversk və ya Baxmutu ələ keçirə bilər, lakin düşmən daha irəli gedə bilməyəcək.

...Ona görə ki, bu gün Rusiya böyük itkilərini kompensasiya etmək üçün yollar axtarır. Qeyd edim ki, bunu da “The Washington Post” yazır.

Məsələ bundadır ki, bu gün Ukrayna ordusu daha təkmil artilleriya, xüsusən də Amerikanın “HIMARS MLRS” sayəsində təşəbbüsü ələ keçirmək şansına malikdir.

"İndi ruslar təşəbbüsü itirirlər və ya ukraynalılar buna sahibdirlər, ya da əldə etmək üzrədirlər. Bunun açarı HIMARSdır", - Barros bildirib.

Əslində etiraf edilməlidir ki, bu gün Ukraynada regionların işğaldan azad edilməsi daha çox Kiyevin canlı qüvvə, adi artilleriya və kifayət qədər sursatla təchiz etmək imkanlarından asılı olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə