"...Azərbaycanın həyata keçirdiyi “mədəni soyqırım” siyasəti bu gün təkcə “erməni irsi”nə deyil, həm də dünya sivilizasiyasına qarşı yönəlib. Ona görə də Azərbaycanın əməlləri beynəlxalq miqyaslı cinayət kimi qiymətləndirilməlidir”.
Bu gün “qədim erməni şəhəri olan Şuşa” Azərbaycanda hər cür beynəlxalq platformalarda inadla, məqsədyönlü və enerjili şəkildə “Azərbaycan Şuşasi” kimi təbliğ olunur.
Bizim, yəni Emənistan Xarici İşlər nazirliyi isə hələ də susur. Əslində, baş nazirimiz Nikol Paşinyan “qədim Şuşamızı” ermənilərə “lazın olmayan” “tutqun şəhər” kimi təqdim edirsə, bu halda İrəvan küçələrində sorğu aparan erməni qıza yaşlı erməninin Şuşanın Azərbaycan şəhəri olduğunu deməsinə də irad-filan bildirmək məncə doğru olmazdı?
Qəribəsi də budur ki, heç irad-filan bildirən olmadı da...
Mən, bu məsələdə Xarici İşlər nazirliyimizi demirəm, heç polisimiz də o boyda məsələyə münasibət bildirmədi.
Azərbaycan isə dayanmaq istəmir. Bizim Xarici İşlər nazirliyimiz başda olmaqla erməni rəsmilərinin “ölümcül susqunluğundan” istifadə edərək, hələ o gün Şuşada media forumu da keçiriblər. Deyim ki, Şuşidə keçirilən media forumu ilə paralel olaraq Tallində azərbaycanlı rəssam Rövşən Nurun də sərgisi keçirilib. Özü də bu sərgi Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Estoniyadakı səfirliyinin dəstəyi ilə Şuşa şəhəri ili çərçivəsində keçirilib.
...Yenə də bizim Xarici İşlər nazirliyimiz heç nə edə bilməyib. Tallində yaşayan ermənilərimiz, elə bil, ölüblər. Çıxıb Tallində sərgi keşirilən binanın qarşısında etiraz etməyə nə deyirsiniz? Heç olmasa çox da olmasa, hər halda, beş-altı estonu Şuşanın Azərbaycan şəhəri olduğuna onlarda tərəddüd yarada bilərdilər. Amma kimə deyirsən?
Deyilənlərə görə, sözügedən sərgidə “Azərbaycanın naxışları” adlı 70-dən çox əsər – Azərbaycanın, o cümlədən qədim Qarabağ diyarı Şuşanın tarixinə, mədəniyyətinə, memarlığına və adət-ənənələrinə həsr olunmuş xalçalar, rəsmlər, keramika əsərləri də təqdim olunub”.
Amma Ermənistan tərəfdən isə heç bir reaksiya yoxdur - yox! Baxmayaraq ki, heç olmasa bu fürsətdən istifadə edərək estonlara Azərbaycanın təqdim etdiyi sənət əsərlərinin “ermənilərə məxsus olduğunu” xatırlatmaq mümkün idi.
Bu arada yəqin ermənilərin hamısı bilməsə də, müəyyən hissəsi artıq bilir.
Deməli, bundan sonra Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair rəsmi sənədində heç vaxt “Dağlıq Qarabağ” ifadəsi işlədilməyəcək. Hazırda Azərbaycanda xüsusi komissiyanın yaradılması “problemi də” dünyada çox az adamı narahat edir?
Bizim Xarici İşlər nazirliyimiz isə... “Dağlıq Qarabağ” ərazilərində ermənilərə məxsus tarixi abidələrin məhv edildiyini görə-görə, Azərbaycan həbsxanalarında erməni hərbi əsirlərinin hələ də “zülm çəkdiyini” bilə-bilə...heç nə olmamış kimi susur.
Belə görünür ki, bu gün artıq əcnəbi jurnalistlərin Şuşada media forumlarında iştirak etməkdən çəkinməmələri elə də təəccüblü görünmür. Estoniyada və ya başqa bir yerdə “erməni xalçalarını” Azərbaycan xalçaları adı altında nümayiş etdirilməsi də artıq heç bir ermənini təəccübləndirmir.
Bu gün bizi ancaq bir şeyə təəccübləndirmək olar: Nikol Paşinyan hələ də baş nazir kürsüsündə oturur, o və komandası hələ də hökumətin başındadır, onu dağıtmaqda davam edir.
...Amma bizim Xarici İşlər nazirliyimiz...
Görən, o vaxt onu niyə elə möhkəm döymüşdülər?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB