Almaniyada hava yolları şirkətinin əməkdaşlarının xəbərdarlıq tətili 134 min sərnşinə təsir göstərəcək.
Almaniyanın “Lufthansa” aviaşirkətinin əməkdaşları aylıq əməkhaqqının artırılması tələbi ilə tətil edir.
TRT-nin “DV”-nin açıqlamasına istinad etdiyi xəbərinə görə həmkarlar təşkilatı şirkətin 20 min əməkdaşının əməkhaqqının artırılmasını tələb edir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Bildirilib ki, tətil aksiyası Frankfurt-Mayne və Münhendə iri hava limanları daxil olmaqla Almaniyada 134 min sərnşinə təsir göstərəcək.
Məlumata görə, həmkarlar təşkilatı turizm mövsümünün qızğın vaxtında xəbərdarlıq tətili etməsi şirkət rəhbərliyi ilə tarif mübahisənin gedişində başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB