Filippin ABŞ-a görə Rusiya ilə imzaladığı müqaviləni pozdu

Filippin ABŞ-a görə Rusiya ilə imzaladığı müqaviləni pozdu

Filippin Rusiya ilə imzaladığı 16 hərbi-nəqliyyat helikopterinin alınmasına dair müqaviləni ABŞ-ın mümkün sanksiyalarına görə pozdu.

SİA-nın əldə etdiyi məlumata görə, Filippinin sabiq müdafiə naziri Delfin Lorenzana o vaxtkı prezident Rodriqo Dutertenin səlahiyyət müddəti bitmədən təsdiq etdiyi qərara əsasən, Rusiya ilə “Mi-17” helikopterlərinin alınması üçün 2021-ci ilin noyabrında imzalanan 12,7 milyard pesoluq (227 milyon dollar) müqavilənin ləğv edildiyini bildirərək deyib: “Filippin müqaviləni davam etdirərsə, ABŞ Rusiya ilə "pisləşən münaqişə" ilə bağlı rəsmi Vaşinqtonun narazılığına səbəb olar və biz sanksiyalarla üzləşə bilərik”.

Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdez (Jose Manuel Romualdez) da qeyd edib ki, “Vertolyot razılaşması reallaşarsa, rəsmi Manila ABŞ-ın mümkün sanksiyaları ilə üzləşə bilər.

ABŞ təhlükəsizlik rəsmiləri Filippinin qərarından xəbərdardır. Onların Filippinə bənzər oxşar ağır yüklü helikopterlər təklif etmə ehtimalı var.”

Bütün xəbərlər Facebook səhifəmizdə