Alabay ixracına məhdudiyyət

Türkmənistan populyasiyasını qorumaq üçün Alabay cinsindən olan itlərin ixracını məhdudlaşdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq qanunu ölkə prezidenti Serdar Berdiməhəmmədov imzalayıb.

Hazırda iti ölkədən çıxarmaq üçün səyahət edənlərə səlahiyyətli orqanın orderi lazım olacaq, ona qadağa və ya icazə vermək qərarı hökumət üzvləri ilə birgə veriləcək.

Həmçinin, Alabay cinsindən olan bütün bala itlər dövlət damazlıq kitabçasına və damazlıq itlər haqqında məlumatları özündə əks etdirən xüsusi reyestrə daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə