Kreml ABŞ-ın Rusiyaya Viktor Butu Britni Qrayner və Paul Uilanla dəyişməyi təklif etməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,
“RİA Novosti” bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yazır.
Beləliklə, Peskov “şərh yoxdur” deyərək Moskvanın Vaşinqtondan müvafiq təklif alıb-almaması sualına cavab verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı bu məsələni müzakirə etmək niyyətində olduğunu bildirib.
Təbii ki, burada söhbət Rusiyada saxlanılan amerikalılar Pol Uilan və Britni Qrayner taleyi və onların rusiyalı Viktor Butla mümkün mübadiləsindəh gedir.
Yeri gəlmişkən, Rusiyalı iş adamı kimi təqdim edilən Viktor But 2012-ci ildə ABŞ-da qeyri-qanuni silah alveri və terroru dəstəkləmək niyyətinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, o İllinoys ştatındakı Marion Federal Penitensiarındadır. Onu da bildirək ki, rus iş adamı hələ də özünü təqsirli bilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB