İldırım vurması nəticəsində 20 nəfər ölüb

Hindistanın şərqində yerləşən Bihar əyalətinin 8 rayonunda ildırım vurması nəticəsində 20 nəfər həyatını itirib.
İldırım vurması nəticəsində 20 nəfər ölüb

Çərşənbə və cümə axşamı ştatın şimal bölgələrində leysan xarakterli yağış olacağı gözlənilir.

SİA-nın əldə etdiyi məlumata görə, Biharın Baş naziri Nitiş Kumar insanlardan əyalətin fəlakət idarəetmə orqanının leysan yağışı ilə əlaqəli tövsiyələrinə əməl etmələrini istəyib və təbii fəlakət nəticəsində həyatını itirənlərin ailələrinə 400 min rupi ödənildiyini bildirib.

Qeyd edək ki, hər il Hindistanda musson yağışları zamanı ildırım vurması nəticəsində yüzlərlə insan ölür. Ölənlərin sayının çox olmasının səbəblərindən biri ölkədə açıq sahələrdə işləyənlərin çoxluğudur.

Bütün xəbərlər Facebook səhifəmizdə