İndiyə qədər satılan ən qiymətli Amerika kosmos gödəkçəsi

İndiyə qədər satılan ən qiymətli Amerika kosmos gödəkçəsi

1969-cu ildə Aya ayaq basan Bazz Oldrinin (Buzz Aldri) “Apollo 11” missiyası zamanı geyindiyi uniforması Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində keçirilən hərracda 2 milyon 772 min 500 dollara alıcı tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, 20 iyul 1969-cu ildə Neil Armstronqla birlikdə Ay səthinə ilk insan kosmos uçuşunda iştirak edən və Ay səthinə enən amerikalı astronavt Bazz Oldrinin şəxsi əşyaları kolleksiyası Nyu-Yorkda “Sotheby's” tərəfindən hərraca çıxarılıb.

Oldrinin kosmosa səyahəti zamanı geyindiyi, üzərində ABŞ Aeronavtika və Kosmos İdarəsinin (NASA) loqosu və ABŞ bayrağı olan uniforması 2 milyon 772 min 500 dollara satılıb.

92 yaşlı astronavtın gödəkçəsi indiyə qədər satılan ən qiymətli Amerika kosmos uniforması oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə