“McDonald's” şirkətin Rusiyadan getməsi ilə bağlı itkilərini hesablayıb və məlum olub ki, bu 1,2 milyard dollar təşkil edir. Təbii ki, qısa vaxt dönəmində itirilən elə də balaca vəsait deyil.
Məsələ bundadır ki, 2022-ci ilin əvvəlindən şirkətin kapitallaşması da 6,6 faiz azalıb.
Hesabata görə, son rübdə xalis mənfəət, demək olar ki, iki dəfə - 2,22 milyard dollardan 1,19 milyard dollara qədər azalıb.
Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə rüblük gəlir o qədər də kritik deyil - 5,89 milyard dollardan 5,72 milyard dollara düşüb.
Amma bütün bunlara baxmayaraq, bu gün şirkətin restoranlarda satışlar əvvəlcədən proqnozlaşdırılandan da daha çox artıb.
Belə ki, şirkətin dünyadakı satışları 9,7, şirkətin vətəni ABŞ-da isə 3,7 faiz artıb.
Qeyd edək ki, bundan əvvəl “McDonald's” Rusiyada biznesin dayandırılması ilə bağlı itkiləri kompensasiya edə bildiyini bildirmişdi.
Yeri gəlmişkən, hələ o vaxt, Covid-19-a qarşı təhlükəsizlik tədbirlərinin ciddi şəkildə gücləndirilməsi səbəbindən “McDonald's”ın Çindəki satışları kəskin şəkildə azaldığından, şəbəkənin satış artımının əsas hissəsi Avropa bazarından gəldi.
...Və sonda daha bir nüansı xatırlatmaq istəyirəm. Deməli, “McDonald's”ın ilk satış mərkəzləri –restoranlarının Rusiyada peyda olmaları gərək ki, 1990-cı ilə təsadüf edir. Amma bu il məlum səbəbdən bəzi başqa xarici şirkərlər kimi “McDonald's” da Rusiyadan gedib. Təbii ki, rus işbazları da bekar dayanmayıb deyə, elə “McDonald's” ın açığına onun qoyub getdiyi ərazisində yeni rus şəbəkəsi “Vkusno i Toçka” restoranları açıblar.
Onu da deyim ki, hələlik, Rusiyada elə də effekt qazanmayan “Vkusno i Toçka” görən, “McDonald's”ı əvəzləyə biləcəkmi? ...Və o vaxt Rusiyada fəaliyyət göstərən “McDonald's”ın ümumi işçisinin sayı 60 mini ötmüşdü. Maraqlıdır, görəsən, “Vkusno i Toçka” bu 60 min işsizin neçə minini işlə təmin edəcək?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB