Türkiyə Hava Yolları bəzi uçuşları dayandırma qərarını uzatdı

THY-nin sosial media hesablarından yazılıb...
Türkiyə Hava Yolları bəzi uçuşları dayandırma qərarını uzatdı

Türkiyə Hava Yolları (THY) Rusiyanın hücumlarına görə Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Yekaterinburq, Minsk, Soçi və Rostov şəhərlərinə uçuşları dayandırma qərarını uzadıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

THY-nin sosial media hesablarından yazılıb: “THY-nin Yekaterinburq, Minsk, Soçi, Rostov reysləri 2022-ci ilin 30 sentyabr tarixi də daxil olmaqla, ləğv edilib. Bilet dəyişmə və geri qaytarma əməliyyatlarınızı agentliyinizdən, internet saytımızdan və ya 0 850 333 0 849 nömrəli zəng mərkəzimizdən həyata keçirə bilərsiniz."

Bütün xəbərlər Facebook səhifəmizdə