Konqodakı iğtişaşlarda 10 nəfər ölüb

Konqodakı iğtişaşlarda 10 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki Butembo şəhərində BMT sülhməramlılarının Şimali Kivu əyalətindən çıxarılması tələbi ilə keçirilən nümayiş zamanı iğtişaşlar baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhər polisinin rəhbəri Paula Nqoma bildirib.

Onun sözlərinə görə, iğtişaşlar nəticəsində 3-ü BMT missiyasının üzvü olmaqla, azı 10 nəfər həlak olub.

Şimali Kivu əyalətində artıq ikinci gündür ki, BMT sülhməramlılarının çıxarılması tələbi ilə nümayişlər keçirilir. Nümayişçilər təşkilatı əhalinin təhlükəsiz yaşaması üçün şərait yarada bilməməkdə ittiham edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə