ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonda Amerika Birinci Siyasət İnstitutunun forumunda çıxışı zamanı Birləşmiş Ştatların dünya səhnəsində “bir-birinin ardınca tarixi təhqirlərə məruz qaldığını deyib.
Bundan əlavə, onun sözlərinə görə, Amerikada “əsas hüquq və azadlıqlar” “mühasirədədir”.
SİA bu barədə rus saytlarına istinad edir.
Tramp həmçinin onun prezidentliyi dövründə ABŞ “energetika sektorunda liderlik edib”, benzinin qiyməti və inflyasiyanın “məqbul” olduğunu, Amerikanın beynəlxalq aləmdə hörmətə malik olduğunu bildirib.
Keçmiş prezidentin fikrincə, hazırda, yəni Baydenin dövründə, möhkəmlənməmiş sərhədlər, inflyasiya, benzinin qiymətinin artması, enerji resurslarının başqa ölkələrdən tələb edilməsi və digər səbəblərdən...ABŞ miqrantlarla dolub.
Xatırladaq ki, Respublikaçı Tramp 2017-2021-ci illərdə ABŞ-a rəhbərlik edib və növbəti seçkidə demokrat Cozef Baydenə uduzub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB