Türkiyə alimləri II Milli Arktika Elmi Tədqiqat Ekspedisiyasından qayıdıb
II Milli Arktika Elmi Tədqiqat Ekspedisiyasına yola düşən Türkiyə elmi nümayəndə heyəti 22 günlük səfərdən sonra vətənə qayıdıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Ekspedisiya iştirakçıları Barents dənizində 24 fərqli nümunə götürərək 14 müxtəlif layihə üzrə elmi araşdırma üzərində işləyiblər.
Alimlər Türkiyədən 40 dərəcə şimala döndükləri marşrut üzrə Barents dənizindən zooplankton və fitoplankton nümunələri götürüblər, dəniz kirlədənlərin müəyyən edilməsi, dəniz suyunun fiziki parametrlərinin monitorinqi, atmosferin çirklənməsinin meteorololoji müşahidələrini aparıblar, gəmi ticarət yollarının ətraf mühitə təsiri, buzların seyri, dəniz məməlilərinin izlənilməsi kimi 14 fərqli layihə üçün elmi araşdırma aparıblar.
Ekspedisiyanın rəhbəri, dosent Ersan Başar sözügedən mövzu ilə bağlı bildirib: “9 nəfərlə başladığımız ekspedisiyanı İstanbulda başa vurduq. İyulun 5-də Norveçin Tromso şəhərində gəmiyə qoşulduqdan sonra 81 dərəcə enlikdən yuxarı qalxaraq oradan Svalbardə, Lonqyirə (Longyearbyen) gəldik. Bu ərazilərdə dənizin kirlənməsi, havanın çirklənməsi, məməlilərin vəziyyəti araşdırıldı, mikroplastik tədqiqatlar aparıldı, nümunələr götürüldü. Bu nümunələri universitetlərimizə göndərəcək, alim dostlarımızla birlikdə araşdırmalar aparacaq, məqalələr yazacaq, hesabatlar hazırlayacaq və sonra bütün bunları elm aləmi və ictimaiyyətlə paylaşacağıq.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB