Həyatını itirənlərin əksəriyyəti uşaqlar və qocalardır
Uqandanın şimalındakı Karamoja bölgəsində quraqlığın yaratdığı aclıqdan 900-dən çox adam həyatını itirib.
“Daily Monitor” bölgə rəsmilərinin məlumatlarına əsasən, fevral ayından Kaabonqda 259, Napakda 49, Kotidoda 626 nəfərin aclıq və aclıqdan qaynaqlanan xəstəliklərdən öldüyünü yazıb.
SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, həyatını itirənlərin əksəriyyəti uşaqlar və qocalardır.
Əkinçilik və heyvandarlığın ən aşağı nöqtəyə gəldiyi bölgəyə göndərilən ərzaq yardımı ötən həftə kifayət etməyib.
Yerli rəsmilər hökuməti bölgəyə yardımı artırmağa çağırır.
BMT-nin məlumatına görə, regionda hər 10 nəfərdən 8-i qida çatışmazlığı və aclıqdan əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB