Dünyanın 75-dən çox ölkəsində yayılan meymunçiçəyi virusu Yaponiyada da görülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə ilk meymun çiçəyi xəstəliyi Tokio ətrafında aşkarlanıb. Yaponiya meymun epidemiyası ilə mübarizədə yol xəritəsini müəyyən etmək üçün işçi qrupu yaradıb.
Qeyd edək ki, ÜST indiyədək 75 ölkədən 16 mindən çox meymun çiçəyi hadisəsini təsdiqlədiyini və 5 nəfərin öldüyünü açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB