“Hazır olun, qazax qardaşlar, moldovalı qardaşlar...”

...digər ölkələr Putinin qarşıdan gələn hücumuna indidən hazırlaşmalıdırlar?
“Hazır olun, qazax qardaşlar, moldovalı qardaşlar...”

Yadınızda olar, ilin əvvəlində Rusiya Qazaxıstandakı “etirazları” (...əslində etirazları elə özünün yaratdığı -A. B.) yatırmaq üçün öz qoşunlarını göndərmişdi. Altı həftə sonra rus qoşunları Ukraynaya soxulanda, təbii ki, Kreml “qonşular”dam, elə ilk olaraq Qazaxıstandan dəstək gözləyirdi.

Amma Mərkəzi Asiyada Rusiya ilə həmsərhəd olan yeganə dövlət müharibədə neytrallığını elan etdi, müdafiə büdcəsini artırdı və ABŞ, Türkiyə və Çində müttəfiqlər axtarmağa başladı,

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “The Wall Street Journal” nəşri yazır.

... İyun ayında Tokayevin Putinin iştirakı ilə Ukraynanın bütövlüyünü dəstəklədiyi və “LNR” və “DNR”nin müstəqilliyini tanımaqdan imtina etdiyi əlamətdar məqam oldu.
Qeyd edək ki, Qazaxıstan prezidenti bu “dövlətləri” “kvazidövlət əraziləri” adlandırıb. O, həmçinin Qazaxıstanın Rusiya Federasiyasına sanksiyalardan yayınmasında kömək etməyəcəyinə də əmin edib.

Nəşr qeyd edir ki, Qazaxıstan Ukraynanın şiddətli müqavimətindən dərs alıb və müdafiə büdcəsini 441 milyard tenge (təxminən 918 milyon dollar) artırmaq qərarına gəlib. Adı açıqlanmayan yüksək vəzifəli məmur “The Wall Street Journal” –a bildirib ki, vəsaitin bir hissəsi ölkənin hərbi ehtiyatlarını artırmaq üçün istifadə olunacaq.

Məqalədə həmçinin deyilir ki, Qərbdə bəziləri Rusiya ordusunun zərərsiz düşmənə çevrildiyinə əmin olsa da, amma Mərkəzi Asiya ölkələrində belə düşünmürlər. Məsələn, bu regiondakı ölkələrin yüksək vəzifəli məmurlarından biri Rusiya ambisiyalarından qorxunun daha da gücləndiyini etiraf edib. Onun sözlərinə görə, Ukraynası olmasaydı, növbəti biz olacağıq.

“...Rusiya Federasiyası yırtıcı ambisiyaları ilə Ukraynada dayanmayacaq”. Bunu isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Aleksey Danilov bildirib.

Onun sözlərinə görə, digər ölkələr Putinin qarşıdan gələn hücumuna indidən hazırlaşmalıdırlar.

Maraqlıdır ki, Danilov növbədə Qazaxıstan və Moldovanın olduğunu da istisna etməyib: “Hazır olun, qazax qardaşlar, moldovalı qardaşlar”

Yeri gəlmişkən, Kreml, təcavüzkar kimi Finlandiyanı NATO-ya daxil olacağı təqdirdə cavab tədbirləri ilə dəfələrlə açıq şəkildə hədələyib.

Eyni zamanda, Rusiya rəsmiləri Krımla bağlı NATO-nun Rusiya Federasiyasına təhlükəsindən danışır və “profilaktik tədbirlər”lə hədələyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə