Albaniyanın yeni seçilən prezidenti Bayram Beqac (Bajram Begaj) parlamentdə keçirilən andiçmə mərasimində çıxışında “bu məsuliyyəti Albaniyanın dönməz Avropa səyahətinə çıxdığı tarixi bir məqam”da üzərinə götürdüyünü söyləyərək “Mən bu gün konstitusiyaya, milli maraqlara və Albaniya xalqının tərəqqisinə xidmət edəcəyimə, ölkə konstitusiyasının prinsiplərinə uyğun olaraq vəzifəmi yerinə yetirəcəyimə and içirəm” deyib.
SİA-nın əldə etdiyi məlumata görə, inauqurasiya mərasimindən sonra B.Begac vəzifəsini sələfi İlir Metadan təhvil alıb. Daha sonra konstitusiya kitabını Konstitusiya Məhkəməsinin sədri Vitore Tusadan alan yeni prezident “Mən xalqımın xidmətçisi, milli birliyimizin nümayəndəsi, Albaniya, Kosovo, Şimali Makedoniya, Monteneqro, Presevo vadisi və başqa yerlərdə yaşayan və işləyən bütün albaniyalıların Avro-Atlantik səyahətinin sarsılmaz tərəfdarı olacağam” deyə bildirib.
Xatırladaq ki, əvvəllər Albaniyanın Baş Qərargah rəisi olmuş Bayram Beqac iyunun 4-də parlamentdə keçirilən səsvermədə prezident seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB