Avtobusun aşması nəticəsində 24 nəfər ölüb

Avtobusun aşması nəticəsində 24 nəfər ölüb

Keniyada sərnişin avtobusu idarəetmədən çıxaraq 40 metr hündürlükdən Niti çayına düşüb.

SİA APA-ya istinadən xəbər verir ki, dəhşətli qəzada 24 sərnişin həyatını itirib.

Meru şəhərindən Mombasa şəhərinə gedən avtobusun qəzaya uğraması nəticsəində çox sayda yaralı olduğu deyilir.

Qəzadan sonra sərnişinlərin meyiti çaya səpələnib.

Yaralılar Çoqoriya və Çuka xəstəxanalarına yerləşdirilib. Yaralıların dəqiq sayı verilməsə də avtobusda ən azı 40 nəfərin olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbə avtobusun əyləc sistemindək nasazlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə