ABŞ Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının "yavaşladığını" etiraf edib

ABŞ Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının "yavaşladığını" etiraf edib

ABŞ iqtisadiyyatı yavaşlayır, lakin bu, tənəzzül deyil, sürətli artımdan sonra ortaya çıxan “uyğun” fenomendir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen bildirib.

Keçən il ABŞ iqtisadiyyatı 5,5 faiz ilə çox sürətli böyüdü. Bu artım pandemiya zamanı işini itirmiş vətəndaşların yenidən iş yerlərini bərpa etməyə başlamasına səbəb olub. İndi, isə amerikalı nazirin sözlərinə görə, ölkə inkişafın ləngidiyi bir dəyişiklik dövrünü yaşayır.

Qeyd edək ki, Yellen bunun zəruri və uyğun olduğunu iddia edir.

Eyni zamanda nazir onu da vurğulayıb ki, ABŞ-da yüksək inflyasiyaya və göstərilən yavaşlamaya baxmayaraq, tənəzzül əlamətləri yoxdur.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Maliyyə Nazirliyinin rəhbəri dolların möhkəmlənməsini ölkənin güclü iqtisadi artımı və Federal Ehtiyatlar Sisteminin hərəkətləri ilə izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə