Bunu rusamı deyirsən?

Dövlət katibi Entoni Blinken Ukraynadan taxıl ixracına dair razılaşmaların uğursuzluğuna görə Rusiyanı günahlandırır. O, Rusiya Federasiyasını Odessa limanına hücumda ittiham edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət katibi bunu özünün “Twitter” səhifəsində yazıb.

“ABŞ Rusiyanın Odessa limanına bugünkü hücumunu qətiyyətlə pisləyir”, yazan Blinken əlavə edib ki, Rusiyanın bu cür hərəkətləri dünya ictimaiyyətini ərzaqla təmin etmək səylərinə zərbə vurur. Bundan əlavə, Rusiyanın Ukraynadan taxıl ixracına dair sövdələşmə ilə bağlı öhdəliklərinin etibarlılığı da sual altındadır.

“Reuters” agentliyinin məlumatına görə, Blinken qlobal ərzaq böhranının pisləşməsinə görə məsuliyyəti Rusiyanın daşıdığını bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin də Rusiya ordusuna qarşı ittihamlar səsləndirmişdi.

O, Moskvanın Ukrayna taxılının ixracına dair sövdələşməni pozmağı planlaşdırdığını bildirmişdi.

Odessa limanı yaxınlığında raket zərbələri Rusiya, Ukrayna, Türkiyə və BMT-nin Qara dəniz üzərindən taxıl ixracının asanlaşdırılmasına dair sazişin imzalanmasından bir gün sonra baş verib.

Qeyd edək ki, BMT dəfələrlə Ukraynadan ərzaq ixracının dünya bazarlarında qiymətləri aşağı salacağını bəyan edib. Əks halda dünya aclıq təhlükəsi qarşısındadır.

Bunu rusamı deyirsən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə