Ukraynada iki amerikalının həlak olduğu təsdiqlənib

Ukraynada iki amerikalının həlak olduğu təsdiqlənib

Dövlət departamenti bu yaxınlarda Ukraynada iki Amerika vətəndaşının həlak olduğunu təsdiqləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ABC telekanalının ABŞ xarici siyasət idarəsinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, amerikalıların ölüm faktı Ukraynanın Donbas regionunda qeydə alınıb. Dövlət departamentinin nümayəndəsi bildirib ki, hakimiyyət orqanları həmin şəxslərin ailələri ilə təmasdadır və onlara mümkün olan bütün dəstək göstərilir.

Telekanal həlak olanların adlarını açıqlamır və güman edir ki, onlar Ukrayna tərəfindən hərbi əməliyyatlarda iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə