Belçika hökuməti atom elektrik stansiyalarının istismar müddətini uzadır

Belçika hökuməti atom elektrik stansiyalarının istismar müddətini uzadır

Baş nazir Alexander De Croo sosial media hesabında məlumat yayıb: “Federal hökumət və Engie şirkəti iki atom elektrik stansiyasının fəaliyyət müddətlərinin uzadılmasına dair prinsipial razılığa gəlib”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Belçikada enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüklərini ifadə edən De Croo, ilin sonuna qədər şirkətlə nüvə stansiyaları ilə bağlı yekun razılaşmanın əldə ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Müqavilə çərçivəsində 1985-ci ildə Belçikada inşa edilən Doel 4 və Tihange 3 reaktorlarının istismar müddəti daha 10 il uzadılacaq. Sözügedən min meqavat-saatlıq reaktorlar 2036-cı ilə qədər fəaliyyətini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə