Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən iyulun 18-i saat 00:00-a qədər dinc əhali arasında itkilər 5 110 nəfər olub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) məlumatında deyilir.
“Mülki vətəndaşların ölməsi və ya yaralanması hallarının əksəriyyəti ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atılan atəş də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi, həmçinin raket və hava zərbələri nəticəsində baş verib”, – BMT-nin sənədində qeyd olunur.
Bu, məsələn, Mariupol (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luqansk vilayəti) şəhərlərindədir ki, burada çoxsaylı mülki şəxslərin həlak olması və ya yaralanması barədə məlumat verilir.
BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 1 943 kişi, 1 342 qadın, 163 oğlan və 142 qız ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB