Rusiya Xarici İşlər Nazirliyi Avstraliyanın 39 vətəndaşının ölkə ərazisinə girişinə qadağa qoyub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rəsmi Kanberranın Maqnitski Aktının avstraliyalı analoqu əsasında sanksiyalar tətbiq etmək barədə əvvəlki qərarına cavab olaraq, Rusiya Federasiyası qarşılıqlılıq əsasında Avstraliyanın hüquq-mühafizə, sərhəd xidməti orqanlarının, həmçinin müdafiə sektorunun podratçı şirkətlərinin nümayəndələri arasından 39 nəfəri milli “stop siyahısı”na əlavə edir”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB