Rusiya ABŞ üçün əsas hərbi təhlükədir və Çin öz imkanlarına görə Rusiya Federasiyasından geridədir, ona görə də hazırda amerikalılar üçün heç bir təhlükə yaratmır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “YouTube”da yayımlanan ABŞ-ın Kolorado ştatında keçirilən Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxışı zamanı ABŞ Şimal Komandanlığının rəhbəri general Qlen Vanherk deyib.
“Rusiya vətənimiz üçün əsas hərbi təhlükədir, ən kəskin təhlükədir. Lakin uzunmüddətli perspektivdə ekzistensial təhlükə Çindir. Onlar ölkəmizi təhdid edə biləcək imkanlarına görə Rusiyadan 5-10 il geri qalırlar”, - deyə general bildirib.
Vanherk qeyd edib ki, Çin öz imkanlarına görə Rusiyadan 5-10 il geri qalır, ona görə də indi bu ölkə ABŞ üçün heç bir təhlükə yaratmır.
Xatırladaq ki, bir müddət bundan əvvəl NATO da Rusiyanı əsas təhlükə elan etmişdi.
Qeyd edək ki, bu, yeni strateji konsepsiyada da qeyd olunub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB