Pakistanın Bəlucistan əyalətində iyunun 1-dən bəri güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 90-a yüksəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Bəlucistan Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması xidmətindən verilən açıqlamaya görə, Ketta və Cəfərabad şəhərlərində sutka ərzində güclü yağışların səbəb olduğu daşqınlarda biri uşaq olmaqla daha 3 nəfər həyatını itirib. Beləcə ştatda iyunun 1-dən bəri həyatını itirənlərin sayı 90-a yüksəlib, 63 nəfər yaralanıb. 706 kənd təsərrüfatı heyvanı tələf olub, 4000-ə yaxın evə ziyan dəyib. 9 körpü və bir çox yol su altında qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB