Aİ Ukraynaya daha 500 milyon avro ayırıb...

...silah alınması üçün
Aİ Ukraynaya daha 500 milyon avro ayırıb...

Avropa İttifaqı (Aİ) Ukrayna silahlı qüvvələrinə dəstək üçün daha 500 milyon avro ayırıb.

SİA APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “Twitter“də bildirib.

Bildirilib ki, bu, hərbi yardımın beşinci tranşıdır.

Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə