İran təkzib edir...

Birləşmiş Ştatlar İranın Rusiyaya mümkün pilotsuz təyyarələr və ya digər hərbi sistemlər satmasını “pis fikir” hesab ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu çərşənbə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə yardımın əlaqələndirilməsi üzrə Qərb qrupunun onlayn iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Biz İrana bunu etməməyi tövsiyə edərdik. Düşünürük ki, bu, həqiqətən də pis fikirdir”. Rus saytlarının yazdığına görə, bu fikirləri ABŞ-ın müdafiə naziri səsləndirib.

Qeyd edək ki, yenə rus saytlarına istinad etsək, öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli İranın belə bir addımını “ağıllı addım” hesab etməyib.

Yeri gəlmişkən, iyulun 11-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan İranın Rusiyaya silah daşıya bilənlər də daxil olmaqla bir neçə yüzə qədər pilotsuz uçuş aparatını təhvil verməyi planlaşdırdığını bildirib. Bundan əlavə, onun sözlərinə görə, İran Rusiya qüvvələrinə bu pilotsuz təyyarələrdən istifadə üzrə təlim keçməyi planlaşdırır.

Rus saytlarının yazdığına görə, bunları deyən ABŞ rəsmisi, amma öz versiyası üçün heç bir sübut təqdim etməyib.

Bu arada “La Repubblica” nəşrinə müsahibə verən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiya Federasiyasına hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatları satmadıqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə