İran neft sektorunda ən böyük xarici investisiya müqaviləsi imzalandı

İran dövlət televiziyası sazişin paytaxt Tehranda İran Milli Neft Şirkəti və Rusiyanın enerji şirkəti Qazprom rəsmiləri tərəfindən imzalandığını xəbər verib
İran neft sektorunda ən böyük xarici investisiya müqaviləsi imzalandı

Rusiyanın enerji şirkəti “Qazprom” İranla bu ölkədəki neft və təbii qaz yataqlarına 40 milyard dollarlıq sərmayə qoyulmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İran dövlət televiziyası sazişin paytaxt Tehranda İran Milli Neft Şirkəti və Rusiyanın enerji şirkəti Qazprom rəsmiləri tərəfindən imzalandığını xəbər verib.

İran Milli Neft Şirkətinin baş direktoru Mohsen Xocəstemehr memorandumu “İranın neft sektorunda ən böyük xarici investisiya müqaviləsi” adlandırıb.

Qeyd edək ki, İran Milli Neft Şirkəti ilə “Qazprom” arasında 40 milyard dollarlıq sərmayəni nəzərdə tutan anlaşma memorandumuna əsasən, “Qazprom” İranın Şimali Pars və Fars körfəzindəki Kiş adası yaxınlığındakı qaz yataqlarının işlənməsi və İranın mayeləşdirilmiş təbii qaz (LNG) layihələrinin tamamlanması üçün sərmayə qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə