Pekin ilk böyük kosmik rəsədxanasını “Xuntian”ı işə salmaq üzrədir.
“Hi-Tech”in məlumatına görə, yeni teleskopun “Hubble” ilə ciddi rəqabət aparacağı güman edilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Hubble” Kosmik Teleskopu Amerika astronomu Edvin Hubblenın adını daşıyan Yer ətrafı orbitdə olan avtomatik rəsədxanadır.
Qeyd eək ki, Çin astronomları “Xuntian” teleskopunun ("göylərin tədqiqi" kimi tərcümə olunur) 2024-cü ilə qədər fəaliyyətə başlayacağını gözləyirlər. Amerikalı “James Webb”dən fərqli olaraq, Çin cihazı Yerə kifayət qədər yaxın olacaq, ona görə də ona qulluq etmək daha asan olacaq. Verilən xəbərdə “Xuntian”ın beş müşahidə maşınından ibarət olacağı, həmçinin iki metrlik diafraqma və qabaqcıl detektorlarla təchiz ediləcəyi bildirilir.
Teleskop təxminən avtobus ölçüsündə olacaq, təxmini çəkisi 10 tondan çox olacaq.
Onu da bildirək ki, yeni teleskopun kamerası “Hubble” kamerası ilə eyni rezolyusiyaya malik olacaq, lakin Çin Kosmik Stansiya Teleskopunun baxış sahəsi 300 dəfə böyük olacaq. Belə ki, on illik iş zamanı o, səmanın təxminən 40 faizini kəşf edə biləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB