Ərdoğan Putinlə görüşdə protokolu pozub..?

Ərdoğan Putinlə görüşdə protokolu pozub..?

Rus saytlarının yazdıpğına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşzamanı protokolu pozub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya lideri ən azı üç dəqiqə “yöndəmsiz şəkildə” kameralar qarşısında dayanıb Türkiyə liderini gözləməli olub.

Həmən ərəfədə “Ərdoğanın dəhlizdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla görüşüb və onunla türk dilində danışdığını bildirən “Kommersant”ın müxbiri Andrey Kolesnikov maraqlı bir etirafda da bulunub: “...Amma insaf naminə deyim ki, onlar arasında protokol qaydaları artıq çoxdandır ki, işləmir”.

Qeyd edək ki, Putin və Ərdoğan arasında görüş iyulun 19-da Tehranda Astana “üçlüyünün” sammiti çərçivəsində baş tutub. İki ölkənin liderləri ticarət və qlobal təhlükəsizlik sahəsində dövlətlərarası əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər. Görüşün əvvəlində Rusiya lideri Ərdoğana Ukrayna taxılının ixracı məsələsinin həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə