...Bu arada Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton Avropa İttifaqının ilk dəfə olaraq qışı Rusiya qazı olmadan keçirməyə hazırlaşmaq qərarına gəldiyiklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Beləliklə, Breto qeyd edib ki, Qərb ölkələri nüvə və kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bu il və bəlkə də gələn il uzada bilərlər.
“Biz belə qərara gəldik: Rusiya qazı olmadan qışa hazırlaşırıq. Bu qışdan və bəlkə də gələn qışdan çıxmaq üçün Avropa İttifaqı ölkələri öz nüvə və ya kömür stansiyalarının fəaliyyətini uzada bilərlər”.
Deyim ki, bunu Breto bildirib.
Maraqlıdır ki, öz növbəsində Avropa Komissiyasının sədr müavini Frans Timmermans də alternativ enerjiyə keçidin vacibliyini vurğulayıb.
Qeyd edim ki, siyasətçi həmkarından fərqli olaraq Timmermans burada Rusiyadan alınan qazın qiymətinə də, yəni bu qiymətin əvvəlkindən xeyli baha olduğuna da diqqət çəkib.
Xatırladım ki, daha əvvəl İsveçrə Elektrik Şirkətləri Assosiasiyasının direktoru Maykl Frank enerji resurslarının çatışmazlığı səbəbindən İsveçrə elektrik enerjisinin elektrik kəsilməsinə keçidi nəzərdən keçirdiyini bildirmişdi. Belə ki, ölkə rəsmisinin sözlərinə görə, ölkədə enerji böhranının yaranmasının səbəbləri Rusiya Federasiyasından tədarükün azalmasından sonra qazın olmaması və Fransada AES-in texniki xidmət üçün dayandırılmasıdır.
Təbii ki, Qərb ölkələri ilə bağlı məsələ məlum. Yəni onlar belə demək olarsa, “tanrının ümidinə qalıblar”?
Maraqlıdır, əgər Rusiyanın Qərb bazarı bağlanırsa, görən Kreml indi çıxardığı bu qədər qazı neyləyəcək? Qetd edək ki, Rusiyadan dünyanın 29 ölkəsinə ixrac olunan qazın həcmi ildə təqribən 13,805 mlrd. kubmetr təşkil edir. Onu da deyim ki, bu gün dünyanın ən iri miqyaslı qaz sahələri Rusiyada yerləşir və Rusiya dünyanın ən iri qaz ixracatçısıdır. Təsadüfi deyil ki, ötən il rusların təkcə qazdan gəlirləri 8,337 mlrd. dollar təşkil etmişdi.
Bu il isə Putin Rusiyanın “üstünə qələn Qərbi cəzalandırmaq üçün” onlara satılan qazın qiymətində artımlar etdi, daha sonra rus qazını qiymətdən düşən rus rubluna təklif etdi və... bu da sonu. Yəni undi rusun qazı alıcısız qalıb.
Yeri gəlmişkən, bu sahənin mütəxəssislərinin dediklərinə istinadən bildirim ki, istismara verilən neft və ya deyək ki, su mənbələrini müəyən dövr üçün kranı keçirməklə bağlamaq olur. Amma istehsal olunan qazı ya anbarlara vurmalısan, anbar dolarsa və əgər qazın alıcısı yoxsa, bu halda onu havaya buraxmalısan...pulsuz, parasız, yəni müftə.
Deyilənə görə, bu gün Rusiyada bütün qaz anbarları qazla doludur. Yəni ruslarlın qaz vurmağa anbarları qalmayıb. Ona görə də, çıxardıqları qazı müftə olaraq havaya buraxmasınlar deyə, dəyər-dəyməzinə satmaq üçün alıcı gəzirlər. Amma bu dəfə Qərbdə yox, Şərq ölkələri arasında...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB