İsti hava dalğası yanğınlara səbəb olur - FOTOLAR

İsti hava dalğası yanğınlara səbəb olur - FOTOLAR

İngiltərəni əhatə edən isti hava dalğasından sonra paytaxt Londonda "fövqəladə vəziyyət" elan edilib, Venninqton bölgəsindəki yanğın bir çox evi külə çevirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropanı əhatə edən isti hava dalğasından ən çox təsirlənən ölkələrdən biri olan İngiltərədə dünən 40,2 dərəcə ilə tarixinin ən isti gününü yaşanıb. İsti hava ölkədə həyatı iflic edib.

Londonun şərqində baş verən yanğında altı ev, 12 anbar və beş avtomobil yanaraq kül olub. Həddindən artıq isti havanın təsiri ilə başladığı ehtimal edilən yanğında insanlar son anda uşaqları və ev heyvanlarını da götürərək həyatlarını xilas ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə