...Ermənistan Silahlı Qüvvələrinin Qarabağda yerləşən bölmələri Ermənistana qayıdır.
Deməli, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirir. O, daha bundan sonra, Qarabağda Ermənistandan çağırışçı olmayacağını əlavə edib.
Necə deyərlər, özgə atına minən tez düşər...
Maraqlıdır ki, bəzi erməmilər hələ ki, bunun şokundadırlar. Hətta onlardan bəziləri inanmaq belə istəmirlər. İnananlar da, bunu “xainliyin ən yüksək” instansiyası adlandırırlar. Nikol hökumətinə rəsmi Bakının ondan etdiyi tələblərə “müti qul” kimi itaətkarlıqla yerinə yetirən qorxaqlar deyirlər.
Qeyd edək ki, ermənilər burada başqa bir nüansa da diqqət çəkirlər.
Belə ki, iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev altı ayın yekunlarına həsr olunmuş müşavirədə Ermənistanı hərbi əməliyyatlardan sonra öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini yerinə yetirməməkdə ittiham etmişdi.
Sonradan Azərbaycan rəhbərliyi Rusiya Müdafiə Nazirliyinin 10 noyabr 2020-ci il tarixli razılaşmalara uyğun olaraq Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasını təmin etmək vədini yerinə yetirmədiyini ona irad tutmuşdu.
Ermənilərə yer edən də Azərbaycan hakimiyyətinin Ermənistan və “artsax”la bağlı bütün məsələləri Kremllə həll etdiyini gizlətməyə belə ehtiyac duymamasıdır.
Yeri gəlmişkən, Armen Qriqoryan erməniləri əmin edir ki, doğrudur, bundan sonra Ermənistandan Qarabağa hərbi çağırışçılar çağırılmasa da, amma “artsax” müdafiə ordusu Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyalarını yerinə yetirəcək.
Bundan əlavə, Qriqoryan Rusiya sülhməramlı qüvvələrinin erməni təhlükəsizliyinin təminatçısı olacağını da onların yadına salıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB