Prezident Vladimir Zelenski rusların ölkədə törətdikləri terrora cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin hücumlarından gizlənə bilməyəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, axşam videomüraciətində bildirib.
Zelenskinin dediyinə görə rusların hər gün törətdikləri onları terrorçu dövlət kimi tanımaq üçün yeni əsaslar verir.
Ukrayna lideri ötən gün ərzində Dnepropetrovsk vilayətinin Nikopol və digər yaşayış məntəqələri, Odessa və Xarkov vilayəti, Nikolayev, Kramatorsk, Slavyansk, Toretsk və Donbasın digər şəhərlərinin rusların atəşinə məruz qaldığını xatırladıb.
Zelenski bir daha çoxlu ölü, çoxlu yaralı olduğunu etiraf edib. Onun dediyinə görə, öşğalçılar Sumı vilayətinin sərhədyanı ərazilərini atəşə tutublar. İşğal olunan Zaporojye AES-də və Enerqodarda fəhlələrə və yerli sakinlərə qarşı yeni terror faktları törədiblər.
Amma onlar unudurlar ki, gizlənmək üçün nə qədər cəhd etsələr də, Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatımız cavab olaraq onlara zərbələr endirəcək və dövlətimiz ukraynalıların terrorunda günahkar olan hər bir rus cinayətkarını müəyyən edəcək.
Bu arada Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenkonun ölkəsinin hələ ki, Rusiyanın eyni vaxtda atdığı çoxlu sayda raketi vurmaq imkanına malik olmadığını etiraf edib. Amma bununla belə, o, hava hücumundan müdafiə qüvvələrinin artıq xeyli yaxşı işləməyə başladığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB