...Heç bir əvvəlki Amerika lideri ABŞ üçün "heç vaxt həyati əhəmiyyət kəsb etməyən" ərazilərdə Rusiya ilə münaqişəyə girərək ölkəsini riskə atmağa çalışmamışdı.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “CNS News” hərbi ekspert, “Niksonun Ağ Ev müharibələri” kitabının müəllifi Patrik Bunkenana istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin ən təhlükəli addımı Finlandiyanı Şimali Atlantika Alyansına dəvət etməsidir. Ekspert qeyd edir ki, əgər sabah Helsinki Moskva ilə silahlı münaqişəyə girərsə, bu halda ABŞ da buna cəlb olunacaq.
Buunkenan, Soyuq Müharibə dövründə Finlandiya ərazisini qorumaq üçün Sovet İttifaqı ilə müharibəyə getməyin dəlilik kimi qiymətləndiriləcəyini söyləyir.
Heç bir Soyuq Müharibə prezidenti belə bir məsuliyyəti öz üzərinə götürməyə cəsarət etmədi. ABŞ üçün "heç vaxt həyati əhəmiyyət kəsb etməyən" ərazilərdə Rusiya ilə münaqişəyə girərək ölkəsini riskə atmaqdan başqa bir şey deyil.
Ekspert geostrateji siyasətin postulatlarından birini xatırladır: böyük dövlət daha kiçik dövlətin onu böyük müharibəyə sürükləməsinə imkan verməməlidir.
Eyni zamanda, Bunkenanın fikrincə, dünyada baş verənlərin günahı Vaşinqtonun üzərinə düşür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB