Yunanıstanın xəz mağazaları alıcısız qalıb...

Anti-Rusiya sanksiyaları ucbatından
Yunanıstanın xəz mağazaları alıcısız qalıb...

Xəz sənayesinin əsas sahələrdən biri olduğu Yunanıstanın Kastoriya şəhərindəki xəz dükanları dəbdəbəli mallara tətbiq edilən anti-Rusiya sanksiyaları səbəbindən bağlandıqlarını elan ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir.

Qeyd edək ki, bu mağazaların məhsullarının əsas idxalçılarından biri də Rusiya idi. İş adamı Antonis Disiosun sözlərinə görə, Kastoriya bu gün tarixinin ən çətin dövrlərini yaşayır. O, hesab edir ki, Avropa İttifaqı Rusiya Federasiyasından olan xəzləri sanksiyalardan çıxarmalıdır.

Yunan Xəz Federasiyasının rəhbəri Apostolos Tsoukas öz növbəsində bildirib ki, yeni xəz tədarükçüləri tapmaq üçün vaxt və müəyyən şərtlər lazımdır.

Bu vaxt Yunanıstanda 2 minə yaxın xəz palto mağazası yalnız dövlət dəstəyi hesabına mövcuddur. Yerli sahibkarlar ehtiyat edir ki, işçilərin təxminən 80 faizi işsiz qala bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə