"Vəziyyət mürəkkəb olsa da, amma idarə olunandır..."

"Vəziyyət mürəkkəb olsa da, amma idarə olunandır..."

Ukrayna prezidenti Vladimir Zelenski hazırda Ukraynada 2,6 mindən çox yaşayış məntəqəsi işğalçıların nəzarəti altında olduğunu bildirib.

SİA-nın rusdilli saytlardan əldə etdiyi məlumata görə, bu barədə o, axşam videomüraciətində deyib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri işğalçılara xeyli maddi-texniki itkilər verdirə bilib, ona görə də Rusiya ordusunun işğal olunmuş ərazilərdə mövqe tutması getdikcə çətinləşir.

"Addım-addım irəliləyirik, işğalçıların təchizatını qırırıq, əməkdaşlıq edənləri müəyyənləşdirib zərərsizləşdiririk. Perspektiv göz qabağındadır - Ukrayna bayrağı bütün şəhər və kəndlərimizdə olacaq. Yeganə sual vaxtdır. Və bu müddət davam edərkən, Rusiya hələ də Ukraynada həyatı məhv edə bilsə də.. Bu gün olduğu kimi - Nikopola, Toretskə, Xarkov vilayətinin şəhərlərinə zərbələrlə...”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu günə qədər Ukrayna hərbçiləri 1028 yaşayış məntəqəsini işğalçılardan azad etməyə nail olub.

"Daha 2621 yaşayış məntəqəsi hələ də işğalçıların nəzarətindədir. Onların hamısı ilə - insanların olduğu hər kəslə - biz, imkan daxilində, informasiya əlaqəsini saxlamalıyıq”. – deyə Zelenski bildirib.

Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnınin dediklərinə istinad edən “UNİAN” agentliyi cəbhədə vəziyyətin mürəkkəb olsa da, amma idarə olunan olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə