Nyu-Yorkda meymunçiçəyinə qarşı peyvənd olunmaq istəyənlərin uzun növbəsi yaranıb.
SİA APA-ya istinadən xəbər verir ki, peyvəndləmə mərkəzlərində sıxlıq kifayət qədər böyükdür. Ötən gün cəmi 7 dəqiqə ərzində 9200 nəfər onlayn növbə götürüb. Artıq 21 500 doza vaksin vurulub. Peyvənd olunmaq istəyənlərin əksəriyyəti 20-40 yaş arası olan şəxslərdir.
8 milyon əhalisi olan şəhərdə meymunçiçəyi sürətlə yayılır. İlk dəfə may ayında aşkar edilmiş xəstəliyə yoluxan Nyu-York sakinlərinin sayı 460-ı ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB