ABŞ silah istehsalçılarının tələbi

ABŞ silah istehsalçılarının tələbi

ABŞ-ın ən böyük silah şirkəti olan “Northrop Grumman”ın baş direktoru Katie Uorden hazırkı silah ehtiyatlarının uzunmüddətli hərbi münaqişələr üçün nəzərdə tutulmadığını bildirib.

SİA xəbər verir ki, bu barədə “İzvestiya” portalı “Financial Times”ın saytına istinadən xəbər verir.

Uorden bildirib ki, hazırkı vəziyyətdə ən vacib vəzifə tələbin səviyyəsi, Ukraynaya silah tədarükü ilə bağlı uzunmüddətli öhdəliklər və mövcud ehtiyatlardan istifadənin intensivliyi barədə aydın siqnallar əldə etməkdir.

Uordenin sözlərinə görə, hər hansı silah növlərinin sayının bitmək üzrə olduğunu eşitməyib. Bununla belə, o əlavə edib ki, heç kim illərlə "cari tələbatı" ödəmək üçün əvvəlcədən ehtiyat yaratmayıb.

Nəşr qeyd edir ki, “Northrop Grumman” ABŞ-ın Ukraynaya tədarük etdiyi “Bushmaster” avtomatlaşdırılmış silahları və orta ölçülü döyüş sursatları istehsal edir. Bundan əlavə, onların “RQ-4 Global Hawk” təyyarəsi Ukrayna sərhədində uçur.

Digər silah şirkəti “Raytheon” daha əvvəl xəbərdarlıq etmişdi ki, Stinger MANPADS ehtiyatlarını doldurmaq üçün müəyyən vaxt lazım olacaq. Onlar Kiyevə böyük miqdarda tədarük edilirdi.

“Financial Times” sənaye qlobal təchizat zəncirlərinin pozulması səbəbindən komponent çatışmazlığı ilə üzləşdiyini yazır.

Uorden bəzi növ məhsulların çatdırılma müddətinin bir neçə dəfə artdığını vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə