...Yox, deyəsən, bu əvvəlkilərə bənzəmir. O boyda kişi, Avropa diplomatiyasının rəhbəri Josep Borrell özü Rusiyaya qarşı sanksiyaların artıq işləməyə başladığını deyib. Doğrudur, onun dediyinə görə, sanksiyalar hələlik tam effekt verməsə də, amma yaxınlarda nəticəni tuslar özləri də görəcəklər. Ukraynadakı müharibənin hələ uzun müddət davam edəcəyini deyən Borrell Avropa ölkələrini “strateji səbr” nümayiş etdirməyə çağırmağı da unutmayıb. Bu gün prezident Vladimir Putinin hələ də özünü “şıx” göstərməsinə baxmayaraq, Borrell onun bu hərəkətlərinin heç vaxt iqtisadi mülahizələrə əsaslanmadığını deyir.
Onun sözlərinə görə, Putin hələ ki, “siyasi iradiliyin sehrli gücünə” inanır, lakin bu, əbədi davam t məyəcək. Yəni mümkün deyil.
“...Ona görə də Avropa strateji səbir nümayiş etdirməlidir. Müharibə uzun sürəcək, güc sınağı davam edəcək. Bizim başqa seçimimiz yoxdur. Rusiyanın üstünlüyü əldə etməsinə imkan vermək ona demokratiyalarımızı və qaydalara əsaslanan beynəlxalq dünya nizamının əsasını məhv etməyə imkan vermək deməkdir”.
...Əgər Avropa diplomatiyasının rəhbəri öz bloqunda bunları yazırsa, deməli, məsələ artıq ciddiləşir. Onda, vay biz ermənilərin halına. Çünki, dünya da olmasa, hər halda az-çox biz erməniləri tanıyanlar, bizi həmişə rusun tulas...ey tərəfdaşı kimi tanıyıblar.
İndi bunlar ki, belə başlayıblar, deyəsən, rusun sabahı elə də nurlu görünmür. Onda, vay bizim də halımıza. Bütün bunlar bizi artıq ayaqlar altında qalmağa sürükləyir.
Ona görə də, gəlin özümüzü aldatmayaq və ölkəmizdə baş verənlərin mənfi nəticələrindən qaça bilməyəcəyimizi etiraf edəyin.
Ermənilər Avropa İttifaqı iqtisadiyyatının partlayacağı təqdirdə, o zaman həddən artıq amillərdən asılı olan “erməni iqtisadiyyatı”nın ən ağır dövrlərlə üzləşməli olacağını da gizlətmirlər.
Qeyd edilməlidir ki, qazı hələ də ucuz qiymətə aldıqlarını deyən ermənilər Kremlin hər an bu qiyməti bahalaşdıra biləcəindən ehtiyatlanırlar.
Əslinə qalsa, Borrell demiş, sanksiyalar effekt verərsə, bu zaman rusun bu addımı atacağı da inandırıcı görünür.
Bundan əlavə, ermənilər də təbii qazın Rusiya üçün heç vaxt təkcə əmtəə olmadığını, bu, rusun dünyanın müəyyən ölkələrinə siyasi təzyiq rıçaqı olduğunu yaxşı bilirlər.
Ermənilər bunun Ukrayna uğrunda gedən döyüşün nəticəsindən asılı olacağnı da başa düşürlər.
Əslində, ermənilər özləri də dedikləri kimi, indi onlar “bəzənirəm xanım döyür, bəzənmirəm ağam” məsəlinin qəhrəmanına bənzəyirlər.
Yəni bu gün onların Rusiyanın tərəfində olmağa məcbur olmaları onları Avropnın, Avropanın yanında olmaq istəkləri isə Rusiyanı “qane etmir”.
Bu arada ABŞ-dan Ermənistana qarşı ən sərt sanksiyaların tətbiq oluna biləcəyinə dair konkret siqnallar da eşidilməkdədir. Deyim ki, bunu deyən ermənilər, belə bir qarışıq məqamda Azərbaycan rəhbərliyinin apardığı siyasətə paxıllıq belə etdiklərini də gizlətmirlər.
Vaşinqton və Brüsseldə Azərbaycanın “Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını” qüdrətlə və əsas sözlərlə eşitmək olduğunu etiraf edən ermənilər “reallıqda bunu cəfəngiyyat” kimi qələmə verməyə çalışırlar.
Onlar buna “səbəb” kimi, Rusiyanın Avropa İttifaqı və İsveçrəyə ildə 145 milyard kubmetrə qədər təbii qaz verdiyi halda, Azərbaycanın bu qədər qaz verə bilmək iqtidarında olmadığını göstərirlər.
“...Amma rəsmi Bakı Avropaya təbii qazın tədarükündə kiçik iştirakından siyasi, hətta maliyyə baxımından da dividentləri maksimum dərəcədə sıxışdırmağa çalışır. Təəssüf ki, uğur qazanırlar”. Bu erməni etirafıdır...
Bax, erməniyə bir an da olsa rahatlıq verməyən də budur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB