Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsin İrəvana səfəri başa çatdıqdan bir gün sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamenti, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridə zəng edib.
SİA bu barədə rus saytlarına istinad edir.
Ermənistan XİN-in məlumatına görə, Mirzoyan Donfridə Ermənistan naziri ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında bir gün əvvəl Tbilisidə keçirilən danışıqların nəticələri barədə məlumat verib.
Həmsöhbətlər nəqliyyat kommunikasiyalarının açılması proseslərini və hazırda İrəvan tərəfindən bloklanan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələlərini müzakirə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB