Ukrayna prezidenti Vladimir Zelenski İrina Venediktovanı ölkənin baş prokuroru, İvan Bakanovu isə Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq fərmanlar dövlət başçısının ofisinin saytında dərc olunub.
Venediktova haqqında sərəncamda deyilir ki, o, “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” Ukrayna Qanununun 11-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılır.
Bakanovla bağlı sənəd Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV saylı Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə istinad edir.
Bundan əvvəl Zelenski bir neçə səfiri, o cümlədən Qərbi “kabus” edən Almaniyadakı səfir Andriy Melnik də işdən çıxarmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB