Avropada yanğının şiddəti getdikcə artır

Avropada yanğının şiddəti getdikcə artır

Avropada yanğınların şiddəti getdikcə artmaqdadır. Fransa, İspaniya və Portuqaliyada 13 iyul çərşənbə günü başlayan meşə yanğınları davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransanın Bordo şəhərinin cənubundakı Gironde bölgəsində baş verən yanğın səbəbindən 12 min insan təxliyə edilib. İspaniyanın Ekstremadura, Kastiliya və Leon, Qalisiya və Əndəlus bölgələrindən isə 3 min insan təxliyə edilib. Yanğının daha şiddətli olduğu bölgənin Ekstremadura olduğu qeyd edilib.

Qeyd edək ki, baş verən yanğınların qızmar hava şəraiti ilə bağlı olduğu düşünülür.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə