...Yəqin ki, Siz də eşitmisiniz, Serbiya prezidenti Aleksandr Vuçiç iyulun 14-də “qabağadüşənlik” edərək Qərbin “qeydinə qalmış” kimi onları Vladimir Putinin təklif edəcəyi şərtlərlə razılaşmağa çağırıb. Necə deyərlər,..daha bu qədər də yox də...
...Onun dediyinə görə, qərblilər “...əgər bunu (yəni Putinin göstərişlərini) qəbul və niyyət etməsələr, biz cəhənnəmə gedəcəyik”.
Maraqlıdır ki, Serbiya dövlət başçısı rusiyalı həmkarının konkret nə təklif edəcəyini hələ dəqiqləşdirməyib. Amma Vuçiç bütün Qərb dünyasının “ukraynalılar vasitəsilə” ruslarla münaqişədə olduğunu “yenilik kimi” bəyan edib.
...Gərək ki, yadınızda olar 2003-cü ildə Yuqaslaviya dağılanda federativ dövlətin tərkibindəki Xorvatiya, Serbiya, Çernoqoriya, Sloveniya, Makedoniya, Bosniya və Herseqovina və Kosovo müstəqil dövlət kimi yaşamağa qərar verdilər. Lakin həmən ərəfədə əhalisi heç 6 milyon da olmayan Serbiya bu dövlətlər üzərində “ağalıq” etmək iddiasına düşdü. Deyim ki, həmən ərəfədə bu ərazilərdə ən çox mərhumiyyətlərlə üzləşən əhalisinin çox hissəsi müsəlmanlar olan Kosovo oldu.
O da yadımdadır ki, həmən ərəfədə serblərin haqsız olduğunu çox gözəl bilən və bu gün özünü humanist kimi göstərən Putin və onun Rusiyası hər vəhclə, qeyri-qanuni yolla da olsa serblərə kömək edirdi.
Bilmirəm nə qədər yerinə düşür, amma məsəl var, deyərlər: “borc ilə alınan köynək adamı təmiz saxlamaz”. Bu gün, belə başa düşülür ki, Serbiya prezidenti Aleksandr Vuçiç bu uğursuz çağırışı ilə... Rusiyanın həmən borcunu qaytarmaq istəyir?
Təbii ki, dediyimiz kimi, Vuçiçin uğursuz çağırışı reaksiyasız qalmayıb.
Belə ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Vuçiçə belə bir bəyanatdan sonra Rusiyaya qaçmağı məsləhət görür.
Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.
Beləliklə, Qonçarenko rus prezidenti Vladimir Putin haqqında dediyi sözlərə görə Vuçiçi Rusiyaya qaçmağa çağırıb. “Hər halda, Rostova bilet götür. Ola bilsin ki, çox tez lazım olacaq”, - deyə məsləhət verib.
Ukraynalı deputat əlavə edib ki, Serbiya altı milyon əhalisi olan bir ölkə üçün “özünü çox düşünməyə başlayıb”. Maraqlıdır ki, Qonçarenko, Kiyevin Balkan Respublikası hakimiyyətinin sözlərini unutmayacağını da ona xatırladıb. Qeyd edim ki, rus saytları bunu artıq hədələmə kimi tədim edirlər.
Yeri gəlmişkən, bundan əvvəl Qonçarenko Vuçiçin Putinlə bağlı sözlərindən sonra serbləri yenidən maarifləndirəcəyinə söz vermişdi. O, hətta bu prossesin çətin olmasına baxmayaraq, öhtəsindən gələ biəcəyinə də əminlik bilirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB