İndiyədək İtaliyada koronavirus (COVID-19) infeksiyasına 20 milyondan çox yoluxma faktı qeydə alınıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 89 min 830 nəfər artaraq ümumilikdə 20 milyon 76 min 863-ə çatıb. COVID-19 qurbanlarının sayı isə 111 nəfər artaraq 169 min 846-ya yüksəlib.
Hazırda ölkədə 1 milyon 448 min 550 aktiv koronavirus xəstəsi var. Onlardan 405 nəfəri reanimasiya şöbəsində müalicə alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB