Rusiya Xarkov və Odessanı vurdu

Rusiya ordusunun Xarkova təşkil etdiyi hücumda 3 dinc sakin həlak olub, 3 dinc sakin isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Odessada Rusiya raketləri anbarı hədəfə alıb.

Xarkov qubernatoru Oleq Sinequbov Rusiya ordusunun bölgənin Çuhuiv şəhərinə hücum etdiyini açıqlayıb.
Sinequbov "Təəssüflər olsun ki, 60 və 68 yaşlı iki kişi və 70 yaşlı bir qadın dünyasını dəyişib. 3 vətəndaş isə xəsarətlə xəstəxanaya yerləşdirilib" məlumatını paylaşıb.

Hücum zamanı yaşayış binası dağılıb, məktəb və tikinti materialları anbarına ziyan dəyib. Xilasedicilər ərazidəki dağıntıları təmizləməkdə davam edir.
Rusiya ordusu Odessadakı anbarı hədəfə alıb. Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada anbarın səhər saatlarında qanadlı raketlərlə vurulduğu və yanğının 1000 kvadratmetr ərazini əhatə etdiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə