...Əslində, bu gün “humanist bir xalq olan” ermənilərdə anti-Rusiya əhval-ruhiyyəsinin artmasına Rusiyanın özü məcbur edir.
“...Heç kimə sirr deyil ki, uzun illər ərzində Ermənistan vətəndaşlarının böyük əksəriyyəti Rusiyaya dost və əsas strateji müttəfiq kimi yanaşıb. Biz əmin idik ki, Rusiya bizi türklərlə, azərbaycanlılarla tək qoymayacaq, yəni qardaş erməni xalqına xəyanət etməyəcək. Təəssüf ki, bu sadəlövhlük bizə baha başa gəldi. Azərbaycan və Türkiyənin “iki erməni dövləti”nə təcavüzü Moskvanın bizə olan həqiqi münasibətini göstərdi”.
Qeyd edim ki, bu erməni saytlarının birində yer alıb.
...Sən demə, həmişə Rusiyaya sədaqət nümayiş etdirən erməni xalqına qarşı ruslar ard-arda etibarsızlıq nümayiş etdirməkdə davam edirlər. Ermənilərin dediyinə görə, bu etibarsızlıq azərbaycanlıların həm “qədim erməni torpağı olan” artsaxa, həm də, Ermənistana qarşı “təcavüz aktlarına” göz yummalarında da özünü göstərdi.
Ermənilər onu da deyirlər ki, guya bu gün Rusiya erməni xalqına etdiyi “haqsızlılarla” kifayətlənmir və addım-addım nəinki anti-Rusiya əhval-ruhiyyəsinin intensivliyini, həm də xalqlarımız arasında uçurumu artırır.
Maraqlıdır, görən, ermənilərin bugünkü azarı nədir?
Deməli, onlar indi də deyirlər ki, bir müddət bundan əvvəl ruslar, sanki bizə acıq verirmişlər kimi, dövlət telekanalı “Rossiya 1”-də azərbaycanlıların “işğalı altında olan Şuşadan” veriliş hazırlayıb verdilər.
...Biz də, dərdimizi işimizə salıb, dinmədik. Hələ bunlar azmış kimi, verlişin aparıcısı Dmitri Kiselev “mədəni bir millət olan erməniləri” az qala “barbar” kimi təqdim etdi, yenə də səsimizi çıxarmadıq”.
Halbuki, rəsmi İrəvan yalandan da olsa, ruslara yalançı “xox”dan-zaddan gəlməliydi. Baxmayaraq ki, sivil dövlətdə özünə hörmət edən istənilən hökumət bunu edərdi. Amma bizim “humanistliyimiz” bunun qarşısına sədd çəkdi. Ruslar da elə bil bundan şirinkləşdilər və bu da nəticə...
Deməli, ötən gün Rusiya növbəti dəfə Ermənistanın, lap elə artsaxın da üzünə tüpürdü (...şişirdib -filan eləmirəm, özləri belə yazır-A.B.)
Budur, Azərbaycan mediası Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikovun Şuşa şəhərinə səfər etməsi barədə material verib və hətta səfirin gülən üzlə fotosunu da paylaşıb.
...O vaxt biz “qədim erməni şəhəri olan Şuşa”nın, nəinki Şuşanın elə “artsax”ın da “görməli” yerlərinə aparmq üçün bir rus rəsmisi tapa bilmirdik. Tapdığımızı da Şuşaya aparmağa razı sala bilmirdik. Hərəsi min bəhanə gətiridi.
Amma bu gün Boçarnikovun gülən sifətinə baxanda, onun aldadılaraq Şuşaya gətirilənə oxşamadığı görünür. Demək lazımdır ki, bu Rusiyanın Bakıdakı səfirliyinin şəxsi təşəbbüsü olmadığı da sezilir. Belə görünür ki, təşəbbüs Kremlin təşəbbüsüdür.
...İndi, Kreml həmişə ona xüsusi sədaqət ilə seçilən ermənilərə qarşı etdiyi hörmətsizliyə görə,.. günahı özündə görsün...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB