Avropa İttifaqı ukraynalı qaçqınlara dəstək ayıracaq

Avropa İttifaqı ukraynalı qaçqınlara dəstək ayıracaq

Ukraynalı qaçqınlara dəstək məqsədilə Belçika, İtaliya və Lüksemburqa Avropa İttifaqının ümumi fondlarından əlavə 433,79 milyon avro ayrılacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Vəsait qaçqınlara məşğulluq və səhiyyə sahəsində dəstək olmaq üçün ayrılır.

Avropa Sosial Fondundan Belçikaya verilən 33,4 milyon avro iş tapmaqda təşkilatlanma, məsləhət və dəstək sisteminin gücləndirilməsinə sərf olunacaq. Məqsəd Ukraynadan olan qaçqınları əmək bazarına inteqrasiya etməkdir.

Lüksemburqda Aztəminatlılar Fondu ehtiyacı olanlara ərzaq yardımını artırmaq üçün 390 min avro ayıracaq. Bu, təkcə aztəminatlı ailələrin ehtiyaclarına deyil, həm də pandemiyanın sosial nəticələrinin yaratdığı yeni ehtiyacları qarşılamağa imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə